Endokrinoloq Olqa Kaplina payızda hansı tərəvəzlərin immunitet sistemini dəstəkləyəcəyini açıqlayıb.
Həkimin fikrincə, sağlamlığı qorumaq üçün payızda çuğundur, balqabaq, kök və digər mövsümi tərəvəzlər yemək lazımdır.
Çuğundurun tərkibində manqan, mis, kalium, maqnezium, C və B6 vitaminləri, dəmir, balqabaqda isə dəri və görmə üçün faydalı olan çoxlu beta-karotin, B, C, E vitaminləri var.
Bundan əlavə, mədə-bağırsaq traktına kömək edən çoxlu lif, C vitamini, selen, kalium, sulforafanı ehtiva edən ağ kələm istehlak etmək məsləhətlidir.