Azad edilmiş ərazilərə əhalinin içməli su ilə təchizatı nə yerdədir? - AÇIQLAMA

17:48 - 30 Oktyabr 2023 - Cəmiyyət

“Azad edilmiş ərazilərə köçürülən əhalinin içməli su ilə təchizatında heç bir problem yoxdur”.

Ucnoqta.az xəbər verir ki, bu barədə “Trend”ə “Azərsu” ASC-nin ictimaiyyətlə əlaqələr şöbəsinin rəisi Anar Cəbrayıllı deyib.

O bildirib ki, hazırda Füzuli şəhərinin xarici su təchizat sistemləri qurulur.

“Burada mənbə, mənbədən şəhərə magistral kəmərin çəkilməsi, mənbədə anbarın tikintisi layihəsi icra olunur”, - deyə o qeyd edib.

Qeyd edək ki, bu günədək 3 mindən çox məcburi köçkün doğma yurduna qayıdıb.

Xəbər xətti