Rusiyalı müğənni Lyubov Uspenskayanın İrəvanda sentyabrın 28-də baş tutmalı olan konsertinin Ermənistandakı etirazlar fonunda qeyri-müəyyən müddətə təxirə salınmasına qərar verilib.
Ucnoqta.az xəbər verir ki, bu barədə ulduzun konsert direktoru məlumat verib.
“Dünən İrəvanda bütün əyləncə tədbirlərinin ləğv edilməsi barədə sərəncam verildi. Bu, orada olacaq bütün konsertlərə aiddir. Yaxın vaxtlarda başqa tarixə salınma olacaq, hələ təyin olunmayıb”, - qeyd edilib.