“Çar Saltanın nağılı” filminin uyğunlaşdırılmasında aşpaz rolu ilə tamaşaçıların yaddaşında qalan sovet aktrisası Nina Belyayeva cümə axşamı 92 yaşında vəfat edib.
Ucnoqta.az xarici mətbuata istinadən xəbər verir ki, onun ölüm səbəbləri, vida və dəfn mərasimi ilə bağlı təfərrüatlar açıqlanmır.
Belyaeva 1931-ci ildə Ulyanovskda anadan olub. 1957-1966-cı illərdə o, Moskva Akademik Satira Teatrında işləyib, portal qeyd edir.
Aktrisa “Çar Saltanın nağılları” filmindən əlavə “Kommunist”, “Niffət alması”, “Əsgərlər gəzirdi...”, “Uzaq ulduzun işığı”, “Gümüş tülkü” filmlərində rol alıb.