Nurlan Libre həbs edildi

18:38 - 21 Sentyabr 2023 - Cəmiyyət

İctimai fəal Nurlan Qəhrəmanlı (Libre) həbs edilib.

“Qafqazinfo”nun məlumatına görə, o, İnzibati Xətalar Məcəlləsinin 388-1.1.1-ci (internet informasiya ehtiyatında və ya informasiya-telekommunikasiya şəbəkəsində yayılması qadağan edilən informasiyanın yerləşdirilməsi, habelə belə informasiyanın yerləşdirilməsinin qarşısının alınmaması) maddəsi ilə təqsirli bilinib.

Yasamal Rayon Məhkəməsinin qərarı ilə N.Qəhrəmanlı 30 sutka inzibati qaydada həbs edilib.

Xəbər xətti