Putin İlham Əliyevlə telefonla danışıb

13:41 - 21 Sentyabr 2023 - Xəbər

Rusiya prezidenti Vladimir Putin Azərbaycan prezidenti İlham Əliyevlə telefonla danışıb.

Ucnoqta.az xəbər verir ki, bu barədə Kremlin mətbuat xidməti məlumat yayıb.

İlham Əliyev Rusiya prezidentinə Rusiya sülhməramlılarının Qarabağda həlak olması ilə bağlı başsağlığı verib.

Prezidentlər həmçinin Qarabağda vəziyyətin daha da sabitləşdirilməsi və humanitar problemlərin aradan qaldırılması üçün prioritet addımları müzakirə ediblər və Qarabağda hərbi əməliyyatların dayandırılması ilə bağlı Rusiya sülhməramlılarının köməyi ilə əldə edilmiş razılaşmaların həyata keçirilməsinin vacibliyini qeyd ediblər.

Xəbər xətti