Rusiyanın Qarabağdakı sülhməramlıları funksiyalarını yerinə yetirir

13:42 - 20 Sentyabr 2023 - Xəbər

Rusiyanın Qarabağdakı sülhməramlıları ağırlaşdırılmış şəraitdə öz funksiyalarını yerinə yetirməkdə davam edirlər.

Ucnoqta.az xəbər verir ki, bu barədə Rusiya Müdafiə Nazirliyindən bildirilib. Məlumata görə, kontingentin komandanlığı Azərbaycan və Ermənistan tərəfləri, Dağlıq Qarabağın nümayəndələri ilə lazımi səviyyədə sıx təmasdadır.

Qeyd olunur ki, qan tökülməsinin qarşısının alınması və mülki şəxslərə münasibətdə humanitar qanunlara əməl olunması müzakirə olunur.

Xəbər xətti