Ermənilərin Qarabağdakı 90-dan artıq döyüş mövqeyi nəzarətə götürülüb

13:19 - 20 Sentyabr 2023 - Xəbər

Ermənistan silahlı qüvvələrinin birləşmələrinin 90-dan artıq döyüş mövqeyi və strateji əhəmiyyətli mövqelər nəzarətə götürülüb.

Ucnoqta.az xəbər verir ki, bu barədə Müdafiə Nazirliyin Mətbuat Xidmətinin rəisi polkovnik Anar Eyvazov sentyabrın 20-də Qarabağdakı antiterror tədbirləri ilə bağlı keçirilən brifinqdə deyib.

Anar Eyvazov bildirib ki, qarşı tərəfin 7 hərbi nəqliyyat vasitəsi, 4 minaatanı, 1 tankı, 2 piyadaların döyüş maşını (PDM) və xeyli sayda silah-sursat qənimət olaraq ələ keçirilib.

Xəbər xətti