Putinlə Paşinyan arasında telefon danışığının hazırlanır
Ucnoqta.az xəbər verir ki, bu barədə Kreml sözçüsü Dmitri Peskov deyib. Rusiya dövlət başçısının mətbuat katibinin sözlərinə görə, Moskva Rusiya prezidenti Vladimir Putinlə Ermənistanın baş naziri Nikol Paşinyan arasında telefon danışığının vaxtı ilə bağlı razılaşmanı gözləyir.
"Biz prezident Putinlə baş nazir Paşinyan arasında telefon danışığının vaxtı ilə bağlı razılığı gözləyirik. Bu söhbət baş tutan kimi sizə məlumat verəcəyik", - Peskov bildirib.