ABŞ Ermənistanla birgə təlimlərə münasibət bildirib

12:12 - 20 Sentyabr 2023 - DÜNYA

Azərbaycanın Qarabağdakı əməliyyatından asılı olmayaraq ABŞ Ermənistanla təlimləri əvvəlcədən müəyyən edilmiş 20 sentyabr tarixində başa çatdıracaq.

Ucnoqta.az xəbər verir ki, bu barədə Reuters ABŞ hərbi nümayəndəsinə istinadən məlumat yayıb.

“Biz onların əməliyyat apardıqlarını bilirdik, lakin o zaman əsgərlərimiz üçün hər hansı riskin olduğuna inanmırdıq və buna görə də onlar təlim müddətində Ermənistanda qaldılar”, - deyə hərbi sözçü bildirib.

O, həmçinin qeyd edib ki, 175 Ermənistan və 85 Amerika hərbçisinin iştirakı ilə keçmiş “Qartal tərəfdaşı” hərbi təlimlərində heç bir dəyişiklik olmayıb.

Xəbər xətti