X sosial şəbəkəsində audio və video zənglər funksiyası olacaq

12:45 - 31 Avqust 2023 - MARAQLI

Audio və video zənglər funksiyası X sosial şəbəkəsində (keçmiş Twitter) olacaq

Ucnoqta.az xəbər verir ki, bunu İlon Mask bildirib.

"Video və audio zənglər X-ə gələcək" - deyən Mask öz X səhifəsində yazıb.

O, funksiyanın iOS və Android platformalarında, o cümlədən Apple məhsulları da daxil olmaqla masaüstü kompüterlərdə mövcud olacağını bildirib. Onun sözlərinə görə, yeni funksionallığın unikallığı zəng etmək üçün abunəçinin telefon nömrəsini bilmək zərurətinin olmaması ilə bağlıdır.

Xəbər xətti