Audio və video zənglər funksiyası X sosial şəbəkəsində (keçmiş Twitter) olacaq
Ucnoqta.az xəbər verir ki, bunu İlon Mask bildirib.
"Video və audio zənglər X-ə gələcək" - deyən Mask öz X səhifəsində yazıb.
O, funksiyanın iOS və Android platformalarında, o cümlədən Apple məhsulları da daxil olmaqla masaüstü kompüterlərdə mövcud olacağını bildirib. Onun sözlərinə görə, yeni funksionallığın unikallığı zəng etmək üçün abunəçinin telefon nömrəsini bilmək zərurətinin olmaması ilə bağlıdır.