Nəqliyyatı İntellektual İdarəetmə Mərkəzi (NİİM) Bakının bir sıra yollarında nəqliyyatın sıxlığı barədə məlumat yayıb.
Ucnoqta.az NİİM-ə istinadən xəbər verir ki, hal-hazırda yollardakı vəziyyət:
1. Bakı-Sumqayıt şosesi, "20 Yanvar" metrostansiyası istiqamətində;
2. Ziya Bünyadov prospekti, Əhməd Rəcəbli küçəsi ilə kəsişmədən "20 Yanvar" metrostansiyası istiqamətində;
3. Heydər Əliyev prospekti, "Koroğlu" metrostansiyasının qarşısı, kənar yol, mərkəz istiqamətində;
4. "20 Yanvar" dairəsində;
5. Tbilisi prospekti, "20 Yanvar" metrostansiyasından mərkəz istiqamətində;
6. Binəqədi şosesi, "Azadlıq Prospekti" metrostansiyası istiqamətində sıxlıq müşahidə olunur.