Ucnoqta.az
www.ucnoqta.az

Paytaxt yollarında tıxac var - Siyahı

08:24 - 24 Avqust 2023 tarixində dərc olunub.

Nəqliyyatı İntellektual İdarəetmə Mərkəzi (NİİM) Bakının bir sıra yollarında nəqliyyatın sıxlığı barədə məlumat yayıb.

Ucnoqta.az NİİM-ə istinadən xəbər verir ki, hal-hazırda yollardakı vəziyyət:

1. Bakı-Sumqayıt şosesi, "20 Yanvar" metrostansiyası istiqamətində;

2. Ziya Bünyadov prospekti, Əhməd Rəcəbli küçəsi ilə kəsişmədən "20 Yanvar" metrostansiyası istiqamətində;

3. Heydər Əliyev prospekti, "Koroğlu" metrostansiyasının qarşısı, kənar yol, mərkəz istiqamətində;

4. "20 Yanvar" dairəsində;

5. Tbilisi prospekti, "20 Yanvar" metrostansiyasından mərkəz istiqamətində;

6. Binəqədi şosesi, "Azadlıq Prospekti" metrostansiyası istiqamətində sıxlıq müşahidə olunur.

Müəllif: Ucnoqta.az redaksiyası