0
“Bu gün Nərimanov Rayon Məhkəməsinin qərarı ilə Kamil Zeynallı 10 sutkalıq həbs olundu”.
Bunu Oxu.Az-a fitnes məşqçisi, karantin dövründə insanlara maddi yardım edən Kamil Zeynallının köməkçisi Rasim Qarayev deyib. O, Kamilin həbs olunmasını bu cür izah edib:
“Karantin qaydalarını pozduğu üçün həbs olunub. Əvvəl Ucara, 5-6 gün əvvəl isə Füzuli rayonuna maddi yardım paylamağa getmişdi. Bakı sakinlərinə rayonlara getməyə icazə verilmədiyindən, karantin qaydalarını pozduğu deyildi”.
19:18
Kamil Zeynallı həbs edilib.
Bu barədə Kamil Zeynallının “İnstagram” hesabında onun köməkçisi paylaşım edib. Paylaşımda Kamil Zeynallının karantin qaydalarını pozduğuna görə 10 sutka inzibati qaydada həbs edildiyi bildirilir.
