1
Faşizm üzərində qələbənin 74-cü ildönümü münasibətilə mayın 9-da saat 17:00-dan 19:00-dək Bakının müxtəlif yerlərində hərbi orkestrlərin nümunəvi çıxışları təşkil olunacaq.
Orkestrlər şəhərin müəyyən edilmiş 6 yerində çıxış edəcək:
– Dənizkənarı Milli Parkda (Azadlıq meydanı qarşısında);
– Əhmədli qəsəbəsi Ukrayna dairəsi yaxınlığındakı Heydər Əliyev parkında;
– Zərifə Əliyeva parkında;
– Zabitlər parkında;
– Yasamal parkında (Lider TV yaxınlığında)
– Fəvvarələr meydanında./qafqazinfo
