Sağlamlıq imkanları məhdud uşaqların cəmiyyətə inteqrasiya olunmasına dəstək vermək və onların idmana həvəsini artırmaq məqsədilə “Azercell Telekom” MMC-nin dəstəyi ilə fəaliyyət göstərən Uşaq Paralimpiya Komitəsi tərəfindən ölkəmizdə növbəti dəfə Uşaq Paralimpiya oyunları təşkil edilib.
Qeyd edək ki, beynəlxalq təcrübədə ilk dəfə olaraq 2013-cü ildə Azərbaycan Milli Paralimpiya Komitəsinin nəzdində Uşaq Paralimpiya Komitəsi yaradılıb. 2014-cü ildən etibarən “Azercell Telekom” MMC Komitənin inkişaf etdirilməsinə dəstək verir. Hazırda Komitədə 100-dən çox sağlamlıq imkanları məhdud uşaq idmana cəlb edilib. Onlar idmanla məşğul olmaq, müxtəlif beynəlxalq yarışlarda Azərbaycanı təmsil etmək imkanı qazanıb.
Daha ətraflı məlumat üçün news@mcs.az ünvanına müraciət edə bilərsiniz
