1
Xalq artisti məşhur kinorejissor Eldar Quliyev xərçəng xəstəliyinə tutulub.
“Ucnoqta.az” xəbər verir ki, hazırda xəstəliyi ilə bağlı müalicələri davam edən sənətkar bir müddət bundan əvvəl xərçəng xəstəliyinə görə Rusiyada əməliyyat olunub.Hazırda vəziyyəti yaxşı olan Eldar Quliyevin müalicəsi evində davam etdirilir.
O saytımıza açıqlamasında faktı təsdiq edərək bildirib:
“Artıq 75 yaşım var. Yaşadığımı yaşamışam.Hazırda da vəziyyətim pis deyil.Moskvada əməliyyat olunmuşam.Narahat olanlara öz təşəkkürümü bildirirəm”.
