1
Dini Qurumlarla İş üzrə Dövlət Komitəsinin sədri Mübariz Qurbanlı sentyabrın 28-də Ağsu rayonunda Şamaxı, İsmayıllı və Ağsu rayonlarının sakinlərini qəbul edəcək. Dövlət Komitəsinin mətbuat xidmətindən verilən məlumata görə, qəbul Ağsu şəhər Uşaq-Gənclər Bədii Yaradıcılıq Mərkəzində (ünvan: M.Rəsulzadə küçəsi) saat 10:00-da keçiriləcək.
Qəbula gəlmək istəyən vətəndaşlar Dövlət Komitəsinin Şamaxı bölgəsi üzrə şöbəsinə müraciət edə bilərlər.
