36
“Liverpul” futbol klubunun və NHL-də çıxış edən “Monreal Canadiens” komandasının keçmiş sahibi, amerikalı biznesmen Corc Jillet kiçik 88 yaşında vəfat edib.
Ucnoqta.az xəbər verir ki, bu barədə “Monreal Canadiens” klubunun mətbuat xidməti məlumat yayıb.
Onun ölüm səbəbi açıqlanmayıb.
Jillet 2001-2009-cu illərdə “Monreal Canadiens” klubunun sahibi olub. 2007-ci ildə isə Tom Hiks ilə birlikdə İngiltərənin “Liverpul” klubunu satın alıb.
Amerikalı biznesmen 2010-cu ildə “Liverpul”dakı payını satıb.
