32
Gürcüstan Daxili İşlər Nazirliyinin Miqrasiya Departamentinin əməkdaşları son günlər ərzində 113 əcnəbini ölkədən deportasiya edib.
Ucnoqta.az xəbər verir ki, bu barədə nazirliyin mətbuat xidməti məlumat yayıb.
Məlumata görə, deportasiya edilənlər arasında Azərbaycan, Ermənistan, Misir, Hindistan, İordaniya, Qazaxıstan, Keniya, Çin, Kuba, Nepal, Nigeriya, Pakistan, Rusiya, Tailand, Türkiyə, Türkmənistan, Özbəkistan, Efiopiya və digər ölkələrin vətəndaşları olub.
Deportasiya edilən şəxslərin Gürcüstana girişinə qadağa qoyulub.
