89
Abşeron rayonu, Saray, Ceyranbatan, Mehdiabad, Fatmayı, Goradil qəsəbələrinin, Corat bağ massivinin, Sabunçu rayonu, Kürdəxanı, Pirşağı, Ramana, Maştağa, Bilgəh, Nardaran qəsəbələrinin bəzi ərazilərində içməli suyun verilişində fasilə yaranacaq.
Bu barədə “İri Şəhərlərin Su Təchizatı” QSC-dən məlumat verilib.
Belə ki, sözügedən əraziləri su ilə təmin edən istismar müddəti bitmiş qəzalı xəttin bir hissəsinin yenisi ilə əvəz olunması işləri çərçivəsində iyulun 28-i səhər saatlarından iyulun 30-u günorta saatlarınadək su təminatında fasilə yaranacaq.
