31
Konqo Demokratik Respublikasında (KDR) Ebola qızdırmasından laboratoriyada təsdiqlənmiş ölüm hallarının sayı son 24 saatda 35 artaraq 1034-ə çatıb.
Ucnoqta.az bildirir ki, ölkənin Rabitə və Media Nazirliyi bu barədə gündəlik bülletenində məlumat verib.
Ebola yoluxma hallarının sayı son 24 saatda 63 artaraq 2536-ya çatıb. Ölüm nisbəti 40,7%-dir.
Xəstəxanalarda və təcridxanalarda Ebola şübhəlisi olan 738 nəfər var. 506 nəfər sağalıb. Ebola yoluxmuş şəxslərin təmas izlənməsi nisbəti 77,2%-dir.
Qeyd edək ki, Ebola epidemiyası 15 mayda KDR-in şərqində və Uqandada başlayıb.
