25
İsrail ordusunun artilleriyası Livanın cənubundakı Nəbatiyyədə “Hizbullah”ın forpostu kimi xidmət edən dağlıq Əli əl-Taher ərazisinə şiddətli atəş açıb.
Ucnoqta.az xəbər verir ki, bu barədə “Əl-Mərkəziyyə” məlumat yayıb.
Agentliyin məlumatına görə, yeraltı sığınacaqların və tunellərin qurulduğu yüksəkliklərdə güclü partlayışlar eşidilib. Nəbatiyyə əl-Fəvqa şəhərindəki yaşayış məhəllələri də atəşə tutulub və bir neçə bina dağılıb.
