39
ABŞ-ın İslam Respublikasındakı Darhoveyn nüvə elektrik stansiyasına endirdiyi zərbəyə cavab olaraq, İran Bəhreyndə Amazon məlumat mərkəzinə hücum edib.
Ucnoqta.az bildirir ki, bu barədə İslam İnqilabı Keşikçiləri Korpusunun (İİKK, İran Silahlı Qüvvələrinin elit bölməsi) mətbuat xidməti məlumat verib.
İİKK-nın açıqlamasında deyilir ki, dünən ABŞ ordusunun Darhoveyndəki tikinti sahələrinə və mülki infrastrukturlara hücumuna cavab olaraq, Bəhreyndə Amazon məlumat mərkəzinin infrastrukturuna bir neçə qanadlı raket aburaxılıb.
19 iyulda İranın Atom Enerjisi Təşkilatı (AEOI) İranın cənub-qərbində tikilməkdə olan Darhoveyn nüvə elektrik stansiyasının ABŞ qüvvələri tərəfindən vurulduğunu bildirib.
