Çərşənbə, İyul 22 2026 - Bakı, Azərbaycan
  • ANA SƏHİFƏ
  • BÜTÜN XƏBƏRLƏR
  • SİYASƏT
  • İQTİSADİYYAT
  • DÜNYA
  • ÖLKƏ İÇİ
  • CƏMİYYƏT
    • HADİSƏ
    • SAĞLAMLIQ
    • MEDİA
    • MÜSAHİBƏ
    • MARAQLI
    • AVTO
    • DİGƏR
  • MƏDƏNİYYƏT
    • MAQAZİN
    • ƏDƏBİYYAT
  • İDMAN
  • HAQQIMIZDA
  • ƏLAQƏ
Ucnoqta.az
XƏBƏRİ BİZDƏN OXUYUN...
ANA SƏHİFƏ BÜTÜN XƏBƏRLƏRCƏMİYYƏT8 May Beynəlxalq

8 May Beynəlxalq

tərəfindən redaktor 08.05.2026 / 09:55
08.05.2026 / 09:55
4

Hər il mayın 8-i bütün dünyada Beynəlxalq Talassemiya Günü kimi qeyd edilir. 

Ucnoqta.az xəbər verir ki, bütün dünyada olduğu kimi Azərbaycanda da talassemiya geniş yayılıb. 

 Hazırda ölkəmizdə 3 min nəfərdən çox talassemiyalı xəstə var. Nikaha daxil olan 100 minə yaxın şəxsin tibbi müayinəsi aparılıb. Onlardan 4-6 faizində daşıyıcılıq aşkarlanıb.

 2024 – cü ildə 32 sümük iliyi transplantasiyası əməliyyatl olunub.

2025-ci ildə isə 36 əməliyyat keçirilib. Qarşıdakı illərdə bu əməliyyatların sayını 50-yə çatdırmaq planlaşdırılır.

Son illər ölkəmizdə talassemiya xəstəliyinin müalicəsi və diaqnostikası sahəsində mühüm tədbirlər görülüb. “Hemofiliya və talassemiya irsi qan xəstəliklərinə düçar olmuş şəxslərə dövlət qayğısı haqqında” Qanun həmin xəstələrin donor qanına və dəmirqovucu dərman preparatlarına ehtiyacının tam ödənilməsinə, onların sağlamlıq vəziyyətinin yaxşılaşmasına imkan yaradıb.

Ölkəmizdə bir sıra qeyri-hökumət təşkilatının iştirakı ilə talassemiyalı xəstələrin aşkarlanması və müalicəsi sahəsində məqsədyönlü tədbirlər həyata keçirilib. 

Talassemiya irsi keçən qan xəstəliyidir. Valideynlərdən uşağa gen vasitəsilə keçən ağır irsi qan xəstəliyi olan talassemiya-genetik defekt nəticəsində hemoqlobin sintezinin pozulması və xroniki anemiya ilə xarakterizə olunur. Talassemiya hemoqlobin istehsalı zamanı qırmızı qan hüceyrəsində tapılan zülal çatışmazlığı yaranır. Bu oksigeni ağciyərlərdən bütün bədən hissələrinə nəql edir və qana qırmızı rəng verir.

Talassemiya erkən təzahür etdiyi halda uşağın fiziki və əqli inkişafının ləngiməsinə, üz skeletinin kobud dəyişikliyinə səbəb olur. Bu dəyişikliklər kvadrat kəllə, yəhərvari burun, dişlərin yerdəyişməsi, alt və üst çənələrin üst-üstə düşməməsi və sairələridir. Belə uşaqlarda bir qədər sarılıq qeyd edilir, onlar tez-tez infeksion xəstəliklərə yoluxurlar

Prezident İlham Əliyevin 10 fevral 2015-ci il tarixli Sərəncamı ilə talassemiyanın profilaktikasının gücləndirilməsi, əhali arasında maarifləndirmə işinin genişləndirilməsi, bütövlükdə, talassemiya xəstələrinə göstərilən tibbi köməyin təkmilləşdirilməsini nəzərdə tutan “Talassemiya ilə mübarizəyə dair 2015–2020-ci illər üçün Dövlət Proqramı” təsdiq olunub.

 Azərbaycanın Birinci vitse-prezidenti, Heydər Əliyev Fondunun prezidenti Mehriban xanım Əliyeva hələ 2005-ci ildə Azərbaycanda “Talassemiyasız həyat naminə” layihəsinin həyata keçirilməyə başlanmasını elan edib. ​Dövlət Proqramının məqsədi ölkəmizdə talassemiya xəstəliyinin profilaktikasının və müalicəsinin təkmilləşdirilməsi yolu ilə xəstələnmə, əlillik və ölüm hallarının azaldılmasından ibarətdir.

Həmin proqram çərçivəsində 2009-cu ildə Bakıda Respublika Talassemiya Mərkəzi istifadəyə verildi. Mərkəzdə bu xəstəlikdən əziyyət çəkən pasiyentlər lazımi dərmanları və ixtisaslaşmış tibbi köməyi pulsuz əldə etməyə, ölkə ictimaiyyəti isə mühüm problem olan qan donorluğuna fəal qoşulmağa başladı. “Talassemiya ilə mübarizəyə dair 2015–2020-ci illər üçün Dövlət Proqramı”na əsasən artıq 39 nəfərə sümük iliyi transplantasiyası əməliyyatı keçirilib.

Görülən tədbirlər nəticəsində talassemiyalı xəstələrin normal həyat fəaliyyəti təmin olunub, bu xəstəlikdən əlillik və ölüm halları azalıb. 

0 FacebookTwitterPinterestWhatsappTelegramCopy LinkOpenAIChatGPTEmail
Əvvəlki yazı
Ötən il şəxsiyyət vəsiqəsi olmayan 9 uşaq doğulub
Sonrakı yazı
Naxçıvanda pensiyalar ödənildi

Digər yazılar

Biznes hesablara kiberhücum edən şəxs saxlanıldı – VİDEO

22.07.2026 / 14:02

VI “Yüksəliş” müsabiqəsinin qalibləri məlum oldi – SİYAHI

22.07.2026 / 13:27

“Arzum 9999″la bağlı qərar verildi

22.07.2026 / 12:46

TƏBİB-in icraçı direktorundan yeni təyinat

22.07.2026 / 11:13

Bakıda 6 liftin fəaliyyəti dayandırıldı

22.07.2026 / 10:39

Bu məktəblərin direktorları işdən çıxarıldı

22.07.2026 / 10:19

Mətbuat fərqli inkişaf mərhələlərindən keçib

22.07.2026 / 08:55

Direktorların işə qəbulu üzrə müsahibə mərhələsi başlayır

21.07.2026 / 18:34

Bakıda təcili yardım artıq motosikletlə gələcək

21.07.2026 / 15:41

XƏBƏR LENTİ

  • Rusiya ABŞ-da keçiriləcək G20 sammitində yüksək səviyyədə təmsil olunacaq – Peskov

    22.07.2026 / 14:07
  • Biznes hesablara kiberhücum edən şəxs saxlanıldı – VİDEO

    22.07.2026 / 14:02
  • VI “Yüksəliş” müsabiqəsinin qalibləri məlum oldi – SİYAHI

    22.07.2026 / 13:27
  • İordaniya HHQ İrandan buraxılan altı raketi ələ keçirib

    22.07.2026 / 13:11
  • “Arzum 9999″la bağlı qərar verildi

    22.07.2026 / 12:46
  • Sabah 39°-dək isti olacaq – Proqnoz

    22.07.2026 / 12:43
  • Günəşdə güclü partlayışlar gözlənilir

    22.07.2026 / 12:34
  • Neftin qiyməti 94 dolları ötdü

    22.07.2026 / 12:13
  • Bu qurumlara əlavə səlahiyyət verildi – QƏRAR

    22.07.2026 / 12:08
  • Bu gün Azərbaycan mediası dövlət maraqlarını qorumağa qadirdir – Hikmət Hacıyev

    22.07.2026 / 11:53
  • DSMF-nin xərcləri artıb

    22.07.2026 / 11:41
  • TƏBİB-in icraçı direktorundan yeni təyinat

    22.07.2026 / 11:13
  • Məmurlar narkotik testi verdilər – işdən çıxarılanlar var

    22.07.2026 / 11:00
  • Fransanın cənubunda meşə yanğınları başladı – Yüzlərlə yanğınsöndürən …

    22.07.2026 / 10:50
  • Azərbaycanın Xalq artisti vəfat edib

    22.07.2026 / 10:42
Geri Növbəti
  • Facebook
  • Twitter
  • Instagram
  • Linkedin
  • Youtube
  • Telegram
  • Tiktok

Ucnoqta.az @2026 - All Right Reserved


Yuxarı qalx
Ucnoqta.az
  • ANA SƏHİFƏ
  • BÜTÜN XƏBƏRLƏR
  • SİYASƏT
  • İQTİSADİYYAT
  • DÜNYA
  • ÖLKƏ İÇİ
  • CƏMİYYƏT
    • HADİSƏ
    • SAĞLAMLIQ
    • MEDİA
    • MÜSAHİBƏ
    • MARAQLI
    • AVTO
    • DİGƏR
  • MƏDƏNİYYƏT
    • MAQAZİN
    • ƏDƏBİYYAT
  • İDMAN
  • HAQQIMIZDA
  • ƏLAQƏ