Çərşənbə, Oktyabr 28 2026 - Bakı, Azərbaycan
  • Ana səhifə
  • Bütün xəbərlər
  • Siyasət
  • Ölkə içi
  • İqtisadiyyat
  • Dünya
  • Cəmiyyət
    • Hadisə
    • Sağlamlıq
    • Media
    • Müsahibə
    • Maraqlı
    • Avto
    • Digər
  • Mədəniyyət
    • Maqazin
    • Ədəbiyyat
  • İdman
  • Haqqımızda
    • Əlaqə
Ucnoqta.az
XƏBƏRİ BİZDƏN OXUYUN...
ANA SƏHİFƏ BÜTÜN XƏBƏRLƏRSİYASƏTAzərbaycan Rusiyaya
SİYASƏT

Azərbaycan Rusiyaya

tərəfindən redaktor 14.11.2025 / 15:54
14.11.2025 / 15:54
A+A-
Sıfırla
93

14 noyabr 2025-ci il tarixində Rusiya Federasiyasının Azərbaycan Respublikasındakı fövqəladə və səlahiyyətli səfiri Mixail Yevdokimov Xarici İşlər Nazirliyinə çağırılıb.

Ucnoqta.az xəbər verir ki, bu barədə Azərbaycan Xarici İşlər Nazirliyi məlumat yayıb.

Görüş zamanı, 14 noyabr tarixində təqribən gecə saat 1:00-da Ukraynanın paytaxtı Kiyev şəhərinə raket və dron hücumları nəticəsində İsgəndər tipli raketlərdən birinin səfirliyin ərazisinə düşməsi ilə bağlı kəskin etiraz bildirilib və ona müvafiq nota təqdim edilib.

Son partlayış nəticəsində Səfirliyin ərazisinin hasarının bir hissəsinin tamamilə dağıldığı, konstruksiyaların, xidməti avtomobillərin, inzibati binanın və Səfirliyin konsulluq şöbəsinin zədələndiyi, həmçinin diplomatik nümayəndəliyin ərazisinə ciddi ziyan vurulduğu, xoşbəxtlikdən bu zərbənin insan tələfatına səbəb olmadığı qarşı tərəfə bildirilib.

Beynəlxalq hüququn norma və prinsiplərinə zidd olan bu kimi raket hücumlarının əvvəllər də baş verdiyi xatırlanıb. Xüsusilə, 2022-ci il 10 mart tarixində Azərbaycan Respublikasının Xarkiv şəhərindəki Fəxri Konsulluğunun binasına aviazərbə nəticəsində inzibati binanın ciddi dağıntılara məruz qaldığı və xidməti avtomobilin yararsız hala düşdüyü qeyd edilib.

Bununla yanaşı, 2024-cü il yanvarın 2-də Rusiya tərəfindən “Kinjal” raketi ilə həyata keçirilən hava zərbəsi nəticəsində Səfirliyin inzibati binasından təqribən 35 addım məsafədə diametri təxminən 3 metr olan krater yarandığı və yer səthindən 8 metr dərinlikdə detonasiya baş vermədiyi üçün partlamamış sursat aşkar edildiyi bildirilib.

2025-ci il avqustun 28-də isə Azərbaycan Respublikasının Ukraynadakı Səfirliyinə təxminən 50 metr məsafədə endirilmiş hava zərbəsi nəticəsində Səfirliyin inzibati binasının və konsulluq şöbəsinin, Səfirin rezidensiyasının zədələndiyi, həmçinin diplomatik nümayəndəliyin ərazisinə ciddi ziyan dəydiyi diqqətə çatdırılıb.

Eyni zamanda, 8 və 18 avqust 2025-ci il tarixlərində Odessa vilayətində SOCAR şirkətinin neft bazasına dron hücumları edildiyi, nəticədə işçilərin xəsarət aldığı infrastruktura böyük zərər vurulduğu xatırlanıb.

Bütün bu faktların, raket hücumlarının məqsədli olması barədə suallar yaratdığı vurğulanıb.

Eyni zamanda, bütün bu faktlara dair Rusiya tərəfinə əvvəllər rəsmi notalarla məlumat verildiyi, həmçinin Ukraynadakı diplomatik təmsilçiliklərimizin yerləşdiyi binaların koordinatlarının hələ 2022-ci ilin aprel ayında Rusiya tərəfinə təqdim edildiyi, koordinatların Rusiya Müdafiə Nazirliyi tərəfindən nəzərə alınacağının bildirildiyi xatırlanıb.

Görüşdə, diplomatik təmsilçiliklərimizə bu kimi hücumların qəbiledilməz olduğu diqqətə çatdırılıb, Rusiya tərəfindən məsələ üzrə müvafiq araşdırma aparılması və ətraflı izahat verilməsi tələb olunub.

Paylaş 0 FacebookTwitterPinterestWhatsappTelegramCopy LinkOpenAIChatGPTEmail
Əvvəlki yazı
Polşa Belarusla iki sərhəd keçid məntəqəsini açacaq
Sonrakı yazı
Nikah və boşanmaların sayı azalıb

Digər yazılar

Azərbaycan İspaniyaya başsağlığı verdi

28.10.2026 / 19:04

Beynəlxalq siyasətdə ikili standartlar siyasətinə tamamilə son qoyulmalıdır – Prezident

27.10.2026 / 11:06

Cənubi Qafqazda tamamilə yeni bir vəziyyət yaratdıq – İlham Əliyev

27.10.2026 / 10:53

Prezident BMT-nin Terrorçuluqla Mübarizə İdarəsinin nümayəndəsini qəbul edib

26.10.2026 / 13:52

İlham Əliyev Niderlandın xarici işlər nazirini qəbul edib

26.10.2026 / 12:46

İlham Əliyev Avstriya dövlət başçısını təbrik edib

26.10.2026 / 11:34

Ceyhun Bayramov Tom Berendsenlə görüşüb

26.10.2026 / 11:26

İlham Əliyev Qazaxıstan Prezidentini təbrik edib

25.10.2026 / 11:23

Prezident İlham Əliyev Hindistanın xarici işlər nazirini qəbul edib

23.10.2026 / 11:29

XƏBƏR LENTİ

  • Beynəlxalq axtarışda olan şəxs Çində tutularaq Azərbaycana gətirilib

    28.10.2026 / 20:43
  • Estoniya minaların daşınmasına qoyulan qadağanı ləğv etdi

    28.10.2026 / 20:15
  • Heydər Əliyev Fondu ilə ICESCO arasında əməkdaşlığa dair növbəti saziş imzalanıb

    28.10.2026 / 20:10
  • BƏƏ-də neft sızması: 35-dən çox çimərlik bağlanıb

    28.10.2026 / 19:15
  • İspaniyada üç günlük matəm elan ediləcək

    28.10.2026 / 19:11
  • Əli Əsədov yeni qərar imzaladı – Artıq ödənilmiş vergilər…

    28.10.2026 / 19:07
  • Azərbaycan İspaniyaya başsağlığı verdi

    28.10.2026 / 19:04
  • Bakı Şəhər Statistika İdarəsinin rəisi vəzifəsindən azad olundu

    28.10.2026 / 17:12
  • Evdən 10 min manatlıq qızıl-zinət əşyaları oğurlayan şəxs saxlanılıb

    28.10.2026 / 16:16
  • Müdirlər bu şəxsləri işdən qovarsa, …

    28.10.2026 / 16:10
  • Efiopiya Rusiyadan 12 ədəd Su-35 qırıcısı alıb

    28.10.2026 / 15:47
  • Zaqatalada iş adamı dələduzluğa görə həbs edildi

    28.10.2026 / 15:39
  • 50 ölü, 179 yaralı – hadisə yerinə hərbçilər göndərildi

    28.10.2026 / 15:15
  • Ramiz Mehdiyev AMEA-nın həqiqi üzvlüyündən çıxarıldı

    28.10.2026 / 15:07
  • Azərbaycanda nikahların sayı 18 ilin ən aşağı səviyyəsinə düşüb

    28.10.2026 / 14:56
Daha çox yazı yükləyin
  • Facebook
  • Twitter
  • Instagram
  • Linkedin
  • Youtube
  • Telegram
  • Tiktok

Ucnoqta.az @2026 - All Right Reserved


Yuxarı qalx
Ucnoqta.az
  • Ana səhifə
  • Bütün xəbərlər
  • Siyasət
  • Ölkə içi
  • İqtisadiyyat
  • Dünya
  • Cəmiyyət
    • Hadisə
    • Sağlamlıq
    • Media
    • Müsahibə
    • Maraqlı
    • Avto
    • Digər
  • Mədəniyyət
    • Maqazin
    • Ədəbiyyat
  • İdman
  • Haqqımızda
    • Əlaqə

Həmçinin oxuyunx

Azərbaycan İspaniyaya başsağlığı verdi

28.10.2026 / 19:04

Beynəlxalq siyasətdə ikili standartlar siyasətinə tamamilə son qoyulmalıdır – Prezident

27.10.2026 / 11:06

Cənubi Qafqazda tamamilə yeni bir vəziyyət yaratdıq – İlham Əliyev

27.10.2026 / 10:53

Prezident BMT-nin Terrorçuluqla Mübarizə İdarəsinin nümayəndəsini qəbul edib

26.10.2026 / 13:52

İlham Əliyev Niderlandın xarici işlər nazirini qəbul edib

26.10.2026 / 12:46