Bazar, Avqust 2 2026 - Bakı, Azərbaycan
  • ANA SƏHİFƏ
  • BÜTÜN XƏBƏRLƏR
  • SİYASƏT
  • İQTİSADİYYAT
  • DÜNYA
  • ÖLKƏ İÇİ
  • CƏMİYYƏT
    • HADİSƏ
    • SAĞLAMLIQ
    • MEDİA
    • MÜSAHİBƏ
    • MARAQLI
    • AVTO
    • DİGƏR
  • MƏDƏNİYYƏT
    • MAQAZİN
    • ƏDƏBİYYAT
  • İDMAN
  • HAQQIMIZDA
  • ƏLAQƏ
Ucnoqta.az
XƏBƏRİ BİZDƏN OXUYUN...
ANA SƏHİFƏ BÜTÜN XƏBƏRLƏRÖLKƏ İÇİMart ayına olan

Mart ayına olan

tərəfindən redaktor 29.02.2024 / 11:48
29.02.2024 / 11:48
1

Mart ayında hava şəraitində tez-tez dəyişiklik müşahidə olunur. Mart ayında havanın orta aylıq temperaturunun iqlim normasına yaxın, bəzi yerlərdə isə normadan bir qədər yüksək olacağı gözlənilir. Aylıq yağıntının miqdarı iqlim normasına yaxın, bəzi ərazilərdə isə bir qədər çox olacağı ehtimal olunur.

Bu barədə Ucnoqta.az-a Ekologiya və Təbii Sərvətlər Nazirliyindən məlumat verilib. Məlumata görə, mart ayının ilk günlərində ölkə ərazisində hava şəraitinin sabit, əsasən yağmursuz keçəcəyi gözlənilir. Mülayim cənub-şərq küləyi əsəcək.
Bakıda və Abşeron yarımadasında havanın orta aylıq temperaturunun 6-9 dərəcə isti olacağı gözlənilir ki, bu da iqlim normasına yaxın və bir qədər yüksəkdir. Gecələr havanın temperaturu 2-7 dərəcə isti, gündüzlər 7-12 dərəcə isti, bəzi günlərdə 15-20 dərəcə isti olacağı gözlənilir. Aylıq yağıntının miqdarının iqlim normasına yaxın olacağı gözlənilir (norma 20-27 mm).

Naxçıvan şəhəri, Culfa, Ordubad, Sədərək, Şahbuz və Şərur rayonlarında havanın orta aylıq temperaturu 4-8 dərəcə isti olacağı gözlənilir ki, bu da iqlim norması daxilindədir. Gecələr havanın temperaturu 2-7 dərəcə isti, bəzi günlərdə 3-8 dərəcə şaxta, gündüzlər 7-12 dərəcə isti, bəzi günlərdə 16-21 dərəcə isti olacağı gözlənilir.
Aylıq yağıntının miqdarının iqlim normasına yaxın olacağı gözlənilir (norma 22-44 mm).

Xankəndi, Şuşa, Goranboy, Xocalı, Xocavənd, Ağdam, həmçinin Daşkəsən-Gədəbəy rayonlarında havanın orta aylıq temperaturunun 3-6 dərəcə isti olacağı gözlənilir ki, bu da iqlim normasına yaxındır. Gecələr havanın temperaturu 1-6 dərəcə isti, bəzi günlərdə 3-8 dərəcə şaxta, gündüzlər 6-11 dərəcə isti, bəzi günlərdə 15-17 dərəcə isti olacağı gözlənilir.
Aylıq yağıntının miqdarının iqlim normasına yaxın olacağı gözlənilir (norma 36-52 mm).

Şərqi Zəngəzur: Cəbrayıl, Kəlbəcər, Qubadlı, Laçın, Zəngilan rayonlarında havanın orta aylıq temperaturunun 4-7 dərəcə isti olacağı gözlənilir ki, bu da iqlim normasına yaxındır. Gecələr havanın temperaturu 0-5 dərəcə isti, bəzi günlərdə 5-10 dərəcə şaxta, gündüzlər 5-10 dərəcə isti, bəzi günlərdə 13-18 dərəcə isti olacağı gözlənilir.
Aylıq yağıntının miqdarının iqlim normasına yaxın olacağı gözlənilir (norma 39-52 mm).

Qazax, Gəncə, Tərtər, Füzuli rayonlarında havanın orta aylıq temperaturunun 6-9 dərəcə isti olacağı gözlənilir ki, bu da iqlim normasına yaxın və bir qədər yüksəkdir. Gecələr havanın temperaturu 3-8 dərəcə isti, bəzi günlərdə 4 dərəcə şaxtadan 1 dərəcəyədək isti, gündüzlər 8-13 dərəcə isti, bəzi günlərdə 15-20 dərəcə isti olacağı gözlənilir.
Aylıq yağıntının miqdarının iqlim normasına yaxın olacağı gözlənilir (norma 19-48 mm).

Balakən, Zaqatala, Qax, Şəki, Oğuz, Qəbələ, İsmayıllı, Ağsu, Şamaxı, Siyəzən, Şabran, Xızı, Quba, Xaçmaz, Qusar rayonlarında havanın orta aylıq temperaturunun 5-9 dərəcə isti olacağı gözlənilir ki, bu da iqlim normasına yaxın və bir qədər yüksəkdir. Gecələr havanın temperaturu 3-8 dərəcə isti, bəzi günlərdə 0-5 dərəcə şaxta, yüksək dağlıq ərazilərdə 10-15 dərəcə şaxta, gündüzlər 8-13 dərəcə isti, bəzi günlərdə 15-20 dərəcə isti olacağı gözlənilir.
Aylıq yağıntının miqdarının iqlim normasına yaxın, bəzi yerlərdə isə normadan bir qədər çox olacağı gözlənilir (norma 23-90 mm).

Yevlax, Göyçay, Ağdaş, Kürdəmir, İmişli, Ağcabədi, Mingəçevir, Beyləqan, Sabirabad, Saatlı, Şirvan, Hacıqabul, Zərdab, Salyan, Neftçala rayonlarında havanın orta aylıq temperaturunun 8-11 dərəcə isti olacağı gözlənilir ki, bu da iqlim normasına yaxın və bir qədər yüksəkdir. Gecələr havanın temperaturu gecə 4-9 dərəcə isti, bəzi günlərdə 3 dərəcə şaxtadan 2 dərəcəyədək isti, gündüzlər 10-15 dərəcə isti, bəzi günlərdə 19-24 dərəcə isti olacağı gözlənilir. Aylıq yağıntının miqdarının iqlim normasına yaxın, bəzi yerlərdə isə bir qədər çox olacağı gözlənilir (norma 24-45 mm).

Masallı, Yardımlı, Lerik, Lənkəran, Biləsuvar, Astara, Cəlilabad rayonlarında havanın orta aylıq temperaturunun 6-9 dərəcə isti olacağı gözlənilir ki, bu da iqlim normasına yaxın və bir qədər yüksəkdir. Gecələr havanın temperaturu 3-8 dərəcə isti, bəzi günlərdə 0-5 dərəcə şaxta, gündüzlər 8-13 dərəcə isti, bəzi günlərdə 15-19 dərəcə isti olacağı gözlənilir.
Aylıq yağıntının miqdarının iqlim normasına yaxın, bəzi yerlərdə isə bir qədər çox olacağı gözlənilir (norma 56-112 mm).

0 FacebookTwitterPinterestWhatsappTelegramCopy LinkOpenAIChatGPTEmail
Əvvəlki yazı
Azərbaycanda 11-ci sinif şagirdi vəfat etdi
Sonrakı yazı
De-yure Ermənistan KTMT-də üzvlüyünü dayandırmır –

Digər yazılar

⁠Cinayətdə şübhəli bilinən 53 nəfər saxlanılıb

01.08.2026 / 10:04

Külək nə vaxta qədər davam edəcək?

31.07.2026 / 14:46

Nuhi Abdinov nazir müavini təyin olundu – Sərəncam

31.07.2026 / 12:31

Şənbə günü 39°-dək isti olacaq

31.07.2026 / 12:23

Maye qazdoldurma məntəqəsinin fəaliyyəti yenidən məhdudlaşdırılıb – VİDEO

31.07.2026 / 11:44

Həssas sosial qruplara aid şəxslərin bilik və bacarıqları artırılır

30.07.2026 / 17:11

Avqustda gözlənilən hava proqnozu

30.07.2026 / 14:23

Sabahın havası açıqlanıb

30.07.2026 / 12:54

Yevlaxda 16 yaşlı qız zəhərlənmədən ölüb

30.07.2026 / 11:35

XƏBƏR LENTİ

  • “Qarabağ”ın oyununa biletlər satışa çıxarıldı

    02.08.2026 / 20:09
  • Toy zamanı evdə partlayış oldu

    02.08.2026 / 19:50
  • Bakı-Qazax yolunda qəza – Ölən var

    02.08.2026 / 19:45
  • Kəmaləddin Heydərov Vaqif Əsədovun qızını işdən çıxardı

    01.08.2026 / 17:47
  • Nəriman Həsənzadə I Fəxri xiyabanda dəfn ediləcək

    01.08.2026 / 12:04
  • Sabunçuda oğul anasını qətlə yetirib

    01.08.2026 / 11:11
  • Küveyt İranın PUA hücumunun qarşısını aldığını açıqlayıb

    01.08.2026 / 11:09
  • İlham Əliyev İsveçrə Prezidentini təbrik edib

    01.08.2026 / 10:59
  • Qanunsuz saxlanılan silahlar aşkarlanıb

    01.08.2026 / 10:36
  • ⁠Cinayətdə şübhəli bilinən 53 nəfər saxlanılıb

    01.08.2026 / 10:04
  • DYP sürücülərə müraciət edib

    01.08.2026 / 09:46
  • Xalq şairi Nəriman Həsənzadə vəfat edib

    01.08.2026 / 09:39
  • Lerikdə zəlzələ olub

    01.08.2026 / 09:37
  • Avtobusda gediş haqqı məsafəyə görə hesablanacaq – QƏRAR

    31.07.2026 / 22:49
  • MİQ imtahanında da sual səhv olub? – Nəticələr açıqlandı

    31.07.2026 / 22:34
Daha çox yazı yükləyin
  • Facebook
  • Twitter
  • Instagram
  • Linkedin
  • Youtube
  • Telegram
  • Tiktok

Ucnoqta.az @2026 - All Right Reserved


Yuxarı qalx
Ucnoqta.az
  • ANA SƏHİFƏ
  • BÜTÜN XƏBƏRLƏR
  • SİYASƏT
  • İQTİSADİYYAT
  • DÜNYA
  • ÖLKƏ İÇİ
  • CƏMİYYƏT
    • HADİSƏ
    • SAĞLAMLIQ
    • MEDİA
    • MÜSAHİBƏ
    • MARAQLI
    • AVTO
    • DİGƏR
  • MƏDƏNİYYƏT
    • MAQAZİN
    • ƏDƏBİYYAT
  • İDMAN
  • HAQQIMIZDA
  • ƏLAQƏ

Həmçinin oxuyunx

⁠Cinayətdə şübhəli bilinən 53 nəfər saxlanılıb

01.08.2026 / 10:04

Külək nə vaxta qədər davam edəcək?

31.07.2026 / 14:46

Nuhi Abdinov nazir müavini təyin olundu – Sərəncam

31.07.2026 / 12:31

Şənbə günü 39°-dək isti olacaq

31.07.2026 / 12:23

Maye qazdoldurma məntəqəsinin fəaliyyəti yenidən məhdudlaşdırılıb – VİDEO

31.07.2026 / 11:44