0
Üçtərəfli bəyanat noyabrın 9-da səhər saatlarında imzalanıb.
Ucnoqta.az erməni mətbuatına istinadən xəbər verir ki, bunu Ermənistan Baş naziri Nikol Paşinyan deyib. Paşinyan bildirib ki, müzakirələr zamanı məlum oldu ki, Azərbaycan Tavuş vilayətinin anklavlarının qaytarılması ilə bağlı bəndin əlavə edilməsini təklif edib:
"Mən bunun istisna edildiyini bildirdim. Axşam saatlarında hərbi əməliyyatların intensivliyinin artması ilə bağlı məlumatlar ortaya çıxdı. Bildirilib ki, Xankəndi səmasında çoxlu PUA-lar var. Axşam səhər bəyanatından da pis, lakin müzakirə olunanlardan daha yaxşı olan, anklavların və Meqridən keçən dəhlizin qaytarılmasından bəhs edən məlum bəyanatı imzalamalı oldum" – Paşinyan əlavə edib.
