RF Müdafiə Nazirliyinin Ermənistandakı Cənub Hərbi Dairəsinin elektron döyüş bölmələrinin mütəxəssisləri səhra təlimləri çərçivəsində şərti düşmənin rabitə və naviqasiya sistemlərini “söndürəcək”.
Ucnoqta.az xəbər verir ki, bu barədə Cənub Hərbi Dairəsinin mətbuat xidməti məlumat yayıb.
Bildirilir ki, Alagöz yüksək dağ poliqonunda Cənub Hərbi Dairəsinin şəxsi heyəti müasir elektron döyüş vasitələrindən istifadə edəcək, tapşırıqları yerinə yetirərkən yüksək dağlıq şəraitdə – dağ dərələrində, xüsusi iqlim şəraitində texnikadan istifadəyə böyük diqqət yetiriləcək.
Bundan əlavə, bölmə elektron şüalanma mənbələrinin istiqamətlərinin müəyyən edilməsi və rabitə xətalarının yaradılması üzrə tapşırıqları yerinə yetirəcək, o cümlədən elektromaqnit şüalanmanın qəbulu əsasında kəşfiyyat məlumatlarını toplayacaq və təhlil edəcək, rabitə sistemlərinin pozulması ilə bağlı tədbirlər həyata keçirəcək.
