0
Ermənistan tezliklə sülh müqaviləsinin redaktə olunmuş variantını Bakıya təhvil verəcək
Ucnoqta.az xəbər verir ki, bunu jurnalistlərə açıqlamasında Ermənistan Təhlükəsizlik Şurasının katibi Armen Qriqoryan deyib.
Onun sözlərinə görə, tezliklə erməni tərəfinin redaktə etdiyi mətn Azərbaycan tərəfinə veriləcək, bundan başqa, növbəti görüşün keçirilməsi imkanları da nəzərdən keçirilir.
“İlin sonuna qədər sülh müqaviləsi əldə etmək üçün hər cür səy göstərəcəyik. Lakin, ilin sonuna kimi bunu etmək mümkün olacağını söyləmək çətindir”, – Qriqoryan bildirib.
