1
Azərbaycanın Milli Qəhrəmanı, general-mayor Polad Həşimovun ailəsi Şuşada olub.
Ucnoqta.az xəbər verir ki, bu barədə paylaşımı öz feysbuk səhifəsində jurnalist Vüsalə Məmmədova edib.
Fotoda Polad Həşimovun həyat yoldaşı Ofelya Həşimova və kiçik oğlu Teymur Həşimov yer alıb.
Qeyd edək ki, "ZƏFƏR" Şəhid Ailələrinə Dəstək İctimai Birliyinin dəstəyi ilə şəhid və qazi övladlarının yay düşərgəsi ilk dəfə mədəniyyət paytaxtımız olan Şuşada keçirilib. Şəhid və qazi övladları ilə yanaşı tədbirə Vətən müharibəsi iştirakçıları da qatılıb.
