Şənbə, Avqust 1 2026 - Bakı, Azərbaycan
  • ANA SƏHİFƏ
  • BÜTÜN XƏBƏRLƏR
  • SİYASƏT
  • İQTİSADİYYAT
  • DÜNYA
  • ÖLKƏ İÇİ
  • CƏMİYYƏT
    • HADİSƏ
    • SAĞLAMLIQ
    • MEDİA
    • MÜSAHİBƏ
    • MARAQLI
    • AVTO
    • DİGƏR
  • MƏDƏNİYYƏT
    • MAQAZİN
    • ƏDƏBİYYAT
  • İDMAN
  • HAQQIMIZDA
  • ƏLAQƏ
Ucnoqta.az
XƏBƏRİ BİZDƏN OXUYUN...
ANA SƏHİFƏ BÜTÜN XƏBƏRLƏRCƏMİYYƏTDYP-dən XƏBƏRDARLIQ

DYP-dən XƏBƏRDARLIQ

tərəfindən redaktor 20.06.2022 / 16:47
20.06.2022 / 16:47
0

Baş Dövlət Yol Polisi İdarəsi (BDYPİ) yükdaşıma fəaliyyəti ilə məşğul olan hüquqi və fiziki şəxslərə xəbərdarlıq edib.

BDYPİ-dən Ucnoqta.az-a daxil olan xəbərdarlıqda deyilir:

"Nəqliyyat vasitələri ilə normadan artıq yük daşınması hallarının qanunvericilyə zidd olması ilə bağlı dəfələrlə xəbərdarlıq edilməsinə baxmayaraq, müşahidələr göstərir ki, bəzi sürücülər tərəfindən analoji qayda pozuntularına yol verilməsi hallarına hələ də rast gəlinir. Qeyd olunanlar, habelə yay mövsümündə ağırçəkili avtomobillərin hərəkəti nəticəsində asfalt örtüklü yolların deformasiyaya uğrama ehtimalının artması nəzərə alınaraq, belə halların qarşısının alınması məqsədilə DİN-in Baş DYP İdarəsi yük daşımaları ilə məşğul olan hüquqi və fiziki şəxslərin diqqətinə çatdırır ki, təyinatından asılı olmayaraq istənilən yük Azərbaycan Respublikası Nazirlər Kabinetinin müvafiq qərarı ilə müəyyən edilmiş, aşağıda göstərilən kütlə hədlərindən artıq olmamalı və mümkün qədər günün nisbətən sərin vaxtlarında daşınmalıdır.

Yük avtomobilləri

ikioxlu avtomobil üçün  18 t
üçoxlu avtomobil üçün  25 t
aparıcı oxa malik olan üçoxlu, hava və ya ona ekvivalent asqı ilə təchiz olunmuş iki cüt təkərdən ibarət olan avtomobil üçün  26 t
dördoxlu, iki oxu aparıcı olan, hər biri iki cüt təkərdən ibarət olan hava və ya ona ekvivalent asqıya malik olan avtomobil  32 t

Kombinə edilmiş nəqliyyat vasitəsinin bir hissəsini təşkil edən nəqliyyat vasitələri

ikioxlu qoşqu üçün  18 t
üçoxlu qoşqu üçün  24 t

Kombinə edilmiş nəqliyyat vasitələri

Yəhərli avtoqatarlar üçün:

ikioxlu dartıcı ikioxlu yarımqoşqu ilə yarımqoşqunun oxları arasında məsafəsi 1,3 və ya daha çox, lakin 1,8 m-dən çox olmayan  36 t
ikioxlu dartıcı ikioxlu yarımqoşqu ilə yarımqoşqunun oxları arasında məsafəsi 1,8-dən çox olduqda  38 t
ikioxlu dartıcı üçoxlu yarımqoşqu ilə  40 t
üçoxlu dartıcı ikioxlu yanmqoşqu ilə  40 t
üçoxlu dartıcı üçoxlu yanmqoşqu ilə  40 t
üçoxlu dartıcı ikioxlu və ya üçoxlu yarımqoşqu ilə uzunluğu 12,192 m, eni 2,438 m, hündürlüyü 2,438 m və ya 2,591 m, yaxud 2,896 m olan konteynerin (40 futluq konteyner) daşınması zamanı  44 t

Qoşqulu avtoqatarlar üçün:

ikioxlu yük avtomobili ikioxlu qoşqu ilə  36 t
ikioxlu yük avtomobili üçoxlu qoşqu ilə  42 t
üçoxlu yük avtomobili ikioxlu qoşqu ilə  42 t
üçoxlu yük avtomobili üçoxlu qoşqu ilə  44 t
üçoxlu yük avtomobili dördoxlu qoşqu ilə  44 t

Avtobuslar

ikioxlu üçün  18 t
üçoxlu üçün  24 t
üçoxlu şarnirlə birləşdirilmiş üçün  28 t
dördoxlu şarnirlə birləşdirilmiş üçün  28 t

Həmçinin sürücülərin, eləcə də yüklənməni həyata keçirən vəzifəli və hüquqi şəxslərin nəzərinə çatdırılır ki, mövcud qanunvericiliyin tələblərinə müvafiq olaraq göstərilən yük parametrlərini aşma hallarının müəyyən ediləcəyi təqdirdə həmin avtomobilin hərəkəti qadağan edilməklə onu idarə edən fiziki şəхslər altı yüz mаnаt məbləğində, icazə verilən qabarit, çəki və yüklə birlikdə oxa düşən kütlə parametrlərini aşmaqla yüklənməsinə yol vermiş vəzifəli şəxslər min dörd yüz manatdan min yeddi yüz manatadək məbləğdə, hüquqi şəxslər isə dörd min manatdan beş min manatadək məbləğdə cərimə ediləcəklər".

0 FacebookTwitterPinterestWhatsappTelegramCopy LinkOpenAIChatGPTEmail
Əvvəlki yazı
Son sutkada vaksin olunan olmayıb
Sonrakı yazı
Qaxda 2 avtomobil toqquşub, xəsarət alanlar var

Digər yazılar

Kəmaləddin Heydərov Vaqif Əsədovun qızını işdən çıxardı

01.08.2026 / 17:47

Avtobusda gediş haqqı məsafəyə görə hesablanacaq – QƏRAR

31.07.2026 / 22:49

Samir Şərifova yeni vəzifə verildi

31.07.2026 / 18:23

Qəbul faizi azalıb – DİM açıqlama yaydı

31.07.2026 / 16:03

Bakıda məşhur hospitalın fəaliyyəti dayandırıldı

31.07.2026 / 14:07

Direktor işləmək istəyənlərin nəzərinə

31.07.2026 / 13:23

Bazar günü imtahan var

31.07.2026 / 11:57

Prezidentlə xanımının şərəfinə dövlət ziyafəti verildi

31.07.2026 / 11:49

Qarabağ Universitetində minimal keçid balları elan edildi

31.07.2026 / 10:03

XƏBƏR LENTİ

  • Kəmaləddin Heydərov Vaqif Əsədovun qızını işdən çıxardı

    01.08.2026 / 17:47
  • Nəriman Həsənzadə I Fəxri xiyabanda dəfn ediləcək

    01.08.2026 / 12:04
  • Sabunçuda oğul anasını qətlə yetirib

    01.08.2026 / 11:11
  • Küveyt İranın PUA hücumunun qarşısını aldığını açıqlayıb

    01.08.2026 / 11:09
  • İlham Əliyev İsveçrə Prezidentini təbrik edib

    01.08.2026 / 10:59
  • Qanunsuz saxlanılan silahlar aşkarlanıb

    01.08.2026 / 10:36
  • ⁠Cinayətdə şübhəli bilinən 53 nəfər saxlanılıb

    01.08.2026 / 10:04
  • DYP sürücülərə müraciət edib

    01.08.2026 / 09:46
  • Xalq şairi Nəriman Həsənzadə vəfat edib

    01.08.2026 / 09:39
  • Lerikdə zəlzələ olub

    01.08.2026 / 09:37
  • Avtobusda gediş haqqı məsafəyə görə hesablanacaq – QƏRAR

    31.07.2026 / 22:49
  • MİQ imtahanında da sual səhv olub? – Nəticələr açıqlandı

    31.07.2026 / 22:34
  • Bir sıra küçə və yollarda hərəkət məhdudlaşdırılacaq

    31.07.2026 / 21:18
  • 37 mindən çox miqrant Mərakeşə qayıdıb

    31.07.2026 / 19:10
  • Ramiz Mehdiyevin bankı bağlandı

    31.07.2026 / 18:30
Daha çox yazı yükləyin
  • Facebook
  • Twitter
  • Instagram
  • Linkedin
  • Youtube
  • Telegram
  • Tiktok

Ucnoqta.az @2026 - All Right Reserved


Yuxarı qalx
Ucnoqta.az
  • ANA SƏHİFƏ
  • BÜTÜN XƏBƏRLƏR
  • SİYASƏT
  • İQTİSADİYYAT
  • DÜNYA
  • ÖLKƏ İÇİ
  • CƏMİYYƏT
    • HADİSƏ
    • SAĞLAMLIQ
    • MEDİA
    • MÜSAHİBƏ
    • MARAQLI
    • AVTO
    • DİGƏR
  • MƏDƏNİYYƏT
    • MAQAZİN
    • ƏDƏBİYYAT
  • İDMAN
  • HAQQIMIZDA
  • ƏLAQƏ

Həmçinin oxuyunx

Kəmaləddin Heydərov Vaqif Əsədovun qızını işdən çıxardı

01.08.2026 / 17:47

Avtobusda gediş haqqı məsafəyə görə hesablanacaq – QƏRAR

31.07.2026 / 22:49

Samir Şərifova yeni vəzifə verildi

31.07.2026 / 18:23

Qəbul faizi azalıb – DİM açıqlama yaydı

31.07.2026 / 16:03

Bakıda məşhur hospitalın fəaliyyəti dayandırıldı

31.07.2026 / 14:07