0
Xəbər verdiyimiz kimi, Prezident İlham Əliyev “Qarabağ” klubunu qəbul edib.
Ucnoqta.az-ın “Qafqazinfo”-ya istinadən məlumatına görə, ölkə başçısının klub üzvləri ilə səmimi görüşü və söhbəti sosial şəbəkələrdə müsbət qarşılanıb.
Dövlət başçısı komandanın braziliyalı legioneri Riçard Almeydanın 2014-cü ildə “İnter”ə vurduğu qolu xatırlayıb: “O qolu sən vurmuşdun deyəsən “İnter”ə, saymadılar”.
Daha sonra İlham Əliyev Kadi Borxeslə də söhbətləşib: “Sən də qol vurmusan, saymayıblar”.
Prezident komandanın qapıçısı Şahruddin Məhəmmədəliyevi oyununu müsbət dəyərləndirib: “Sən yaxşı qapıçısan, cəsarətlisən”.
