0
ABŞ-ın "Adobe" proqram təminatı şirkəti koronavirusa qarşı peyvənd olunmayan işçilərin 8 dekabrdan etibarən işdən çıxarılacağını açıqlayıb.
Ucnoqta.az Axar.az-a istinadən xəbər verir ki, şirkət işçiləri arasında peyvəndlə bağlı sorğu keçirib.
Sorğunun nəticələrinə görə, işçilərin 93,5%-nin iki doza peyvənd olunduğu müəyyən edilib.
Şirkətin insan resursları departamenti peyvənd olunmamış işçilərə xəbərdarlıq edib. Peyvənd olunmayanların 8 dekabr tarixindən etibarən işdən çıxarılacağı bildirilib.
