Vətən Müharibəsi Əlillərinə Kömək İctimai Birliyinin təşkilatçılığı Sosial Xidmətlər Agentliyi, YAP Sabunçu təşkilatı, Boccia İdman Federasiyasının birgə təşəbbüsü və dəstəyi ilə Bakı Şəhəri Sabunçu rayonu Ramana qəsəbəsində yerləşən Əlilliyi olan Şəxslərin Peşə- Əmək Reabilitasiya Mərkəzində bir qrup əlil vətəndaşlartımızın mükafatlandıılma mərasimi keçirilib.
Ucnoqta.az xəbər verir ki, mükafatlandırma mərasimdə çıxış edənlər bildirdilər ki, Sağlamlıq İmkanları Məhdud Gənclərin Peşə Reabilitasiyası ilə bağlı məsələlər Prezident cənab İlham Əliyev və Birinci vitse-prezident Mehriban xanım Əliyevanın daima diqqət mərkəzindədir. Əlilliyi olan şəxslərə diqqət və qayğı yönümündə dövlət tərəfindən görülən işlərdə vətəndaş cəmiyyətilə birgə ideya və təşəbbüslərin əhəmiyyətindən danışdılar. Natiqlər əlilliyi olan şəxslərlə bağlı bütün məsələlərdə birlik və həmrəyliyin olduqca vacibliyini diqqətə çatdırıblar.
Birliyin icraçı direktoru Zamin Zeynal çıxış edərək qeyd etdi, Vətən Müharibəsi Əlillərinə Kömək İctimai Birliyi tərəfindən Prezident cənab İlham Əliyevin ictimai siyasət kursunu əsas götürərək Dövlət QHT münasibətləri fonunda Əlilliyi olan vətəndaşlarımıza ictimai, sosial, mənəvi dəstəklə bağlı tədbir və layihələr gələcəkdə davam etdirəcək.
