1
Bakı şəhəri Xəzər rayonu E. Şəmiyev adına 149 nömrəli tam orta məktəbdə Vətən müharibəsi qəhrəmanları ilə görüş keçirilib
Ucnoqta.az xəbər verir ki, ilk dərs günü "Qarabağ Azərbaycandır!" mövzusuna həsr edilmişdi. Belə ki, məktəbin məzunları olan Vətən müharibəsi qəhrəmanları şagirdlərlə görüşüb, onlara 44 günlük döyüş yollarından danışıblar.
Görüşdə ölkəmizin ərazi bütövlüyünün, müstəqilliyinin və konstitusiya quruluşunun müdafiəsində şəxsi igidlik və şücaət göstərmiş qəhrəmanların gənc nəslin hərbi vətənpərvərlik tərbiyəsində mühüm rol oynadığı qeyd edilib.
Sonda Vətən müharibəsi qəhrəmanları şagirdlərlə xatirə şəkilləri çəkdiriblər.
