0
Ermənistan Baş naziri Nikol Paşinyanın siyasəti ucbatından Ermənistan ordusunun itkisi 4 milyard dollar təşkil edib.
Apa TV xəbər verir ki, bunu Ermənistan Konstitusiya Məhkəməsi Aparatının keçmiş rəhbəri Edqar Kazaryan deyib. O, 44 günlük müharibə zamanı erməni ordusunun zabit heyətinin 25%-nin məhv edildiyini bildirib:
“Heç kim buna görə heç bir məsuliyyət daşımayıb. Buna rəğmən hökumət başçısının fəaliyyətinə insanlar haqq qazandırırlar. Ondan heç kim heç nə tələb etmir”, – deyə Kazaryan bildirib.
Edqar Kazaryan 4 milyard itkilərinin olduğunu açıqlasa da, bəzi mənbələrdə bu rəqəmin daha yüksək olduğu bildirilir.
