0
Küçə və yollarda qarşılaşdığınız hər-hansı problemlə bağlı Azərbaycan Avtomobil Yolları Dövlət Agentliyinin (AAYDA) rəsmi e-mail ünvanına (muraciet@aayda.gov.az) və ya sosial şəbəkə hesabları vasitəsi ilə vətəndaşları müraciət etməyə çağırır.
AAYDA-dan Ucnoqta.az-a verilən məlumata görə, göndərdiyiniz müraciətə mütləq şəkildə problemi göstərən foto və ya video əlavə etməyə xahiş edilir.
Qeyd olunur ki, küçə və yollarda rahat gediş-gəlişinizin təmin olunması istiqamətində agentliyin çevik və effektiv fəaliyyətinin təmin olunması, problemin qısa müddət ərzində həll olunması üçün şikayət və təkliflərin bilavasitə AAYDA-ya bildirməyi olduqca vacibdir.
