Səmayə Məmmədovaya Bakı Nəqliyyat Agentliyində (BNA) vəzifə verilib.
Ucnoqta.az xəbər verir ki, S.Məmmədova bu barədə sosial şəbəkədə bildirib. Belə ki, o, BNA-da PR məsələlərinə rəhbərlik edəcək:
“Gənclər və İdman Nazirliyindən ayrıldıqdan sonra bu qədər təklif və dəvət alacağım ağlıma belə gəlməzdi. Mənimlə əməkdaşlıq etmək arzusunda olan bütün qurumlara sonsuz təşəkkürümü bildirirəm. Verdiyiniz dəyər və göstərdiyiniz diqqət üçün çox minnətdaram! Seçimim Bakı Nəqliyyat Agentliyi (BNA) oldu. Bu qurumda fəaliyyətimi hamımızın sevimlisi Mais Ağayevlə çiyin-çiyinə davam etdirəcəm. Bundan sonrakı fəaliyyətimizdə qurumun PR məsələlərinə mən rəhbərlik edəcəm. Mais Ağayev isə hər zaman olduğu kimi mətbuat katibi funksiyalarını davam etdirəcək”.
Qeyd edək ki, Səmayə Məmmədova bundan əvvəl Gənclər və İdman Nazirliyinin mətbuat katibi vəzifəsindən işləyirdi. Bir müddətdir ki, vəzifəsindən ayrılmışdı.
