0
Sabiq iqtisadi inkişaf naziri Fərhad Əliyev toyda rəqs edərkən görüntülənib.
Ucnoqta.az Manset.az-a istinadən xəbər verir ki, sabiq nazir yaxınlarının toy məclisində iştirak edib. Fərhad Əliyev qatıldığı məclisdə yaxınları ilə rəqs edib.
Qeyd edək ki, F.Əliyev 2001-2005-ci illərdə İqtisadi İnkişaf naziri vəzifəsində çalışıb.O, 2005-ci ildə həbs edilib və 2013-cü ildə əfv olunaraq azadlığa çıxıb.
