0
Gənc, istedadlı Azərbaycan şairi Leyla Əliyevanın “Svit tane, yak son” (“Dünya yuxutək əriyir”) kitabı Kiyevdə nəşr olunub.
Zəngin ənənəli “Yaroslavov Val” nəşriyyatında işıq üzü görmüş kitabın ukrain dilinə tərcüməçisi-tanınmış Ukrayna şairi, mütərcimi, filoloq-alim Lesya Mudrak, redaktoru –Taras Şevçenko Milli Mükafatı laureatı, yazıçı Qriqori Quseynovdur.
Kitabın dizayn tərtibində Leyla Əliyevanın müəllif rəsmlərindən istifadə olunub.
