1
Dalğa oyunları ilə insanları stressə salmayın. Azərbaycanda cəmi bir epidemik alovlanma olub. Bizdə karantin sərtləşdiriləndə yoluxma azalıb, yumşaldılanda artıb. Bu, dalğa deyil.
Bu sözləri həkim Aydın Əliyev son günlər koronavirusun 4-cü dalğası ilə bağlı yayılan məlumatlara cavab olaraq qeyd edib.
“Dalğa” odur ki, eyni karantin şərtlərində yoluxma artıb-azalsın. Dördüncü dalğa proqnozu verənlər bir az düşünsün. Pandemiya bitər-bitməz əksər insanlarda psixi-nevroloji problemlər ciddi şəkildə artmaqdadaır. Yenidən insanları stressə salmaq olmaz! Bu ciddi fəsadlar yarada bilər. Yığışdırın bu dalğa oyunlarını! Nə olacaqsa olacaq. Situasiyaya uyğun davranılmalıdır. Yoxsa su gəlməmiş çırmanırıq yenə?”///axar.az
