0
Azərbaycan Ordusunun Vətən müharibəsində yaralanıb, 6 ay komada qalan hərbi qulluqçusu Nurlan Əbilov şəhid olub.
Bu barədə Masallı Rayon icra Hakimiyyətindən məlumat verilib.
Bildirilib ki, rayonun Ağakişibəyli kəndindən olan 1994-cü il təvəllüdlü N.Əbilov bu gün səhər saatlarında vəfat edib.
O, doğulduğu Ağakişibəyli kəndində torpağa tapşırılıb.
Qeyd edək ki, şəhidimizin 5 və 3 yaşlarında iki oğlu var.
Allah rəhmət eləsin!
