0
Siyəzən Rayon Polis Şöbəsinə fevralın 10-da Qərəh kəndi ərazisində kənd sakini R.Şıxəliyevin xuliqanlıq zəminində Xızı rayon sakini C.İslamov istiqamətində ov tüfəngindən atəş açması barədə məlumat daxil olmuşdur.
Daxili İşlər Nazirliyinin Mətbuat Xidmətindən verilən məlumata görə, polis əməkdaşlarının keçirdikləri əməliyyat-axtarış tədbirləri nəticəsində R.Şıxəliyev saxlanılmış və ondan müvafiq sənədləri olmayan ov tüfəngi götürülmüşdür.
