Ermənistanda bir gündə 15 nəfər koronavirusdan öldü

11:19 - 28 May 2020 - Xəbər

Ermənistanda koronavirusa yoluxanların sayı 8 216 nəfərə çatıb. Trend-in erməni KİV-lərinə istinadən məlumatına görə, son sutka ərzində 442 nəfərdə infeksiyaya yoluxma faktı aşkarlanıb. Bundan başqa, ötən gün 15 nəfərin ölümü qeydə alınıb. Bu günədək Ermənistanda 113 nəfər koronavirusdan ölüb, 4 816 nəfərin müalicəsi isə davam edir. Qeyd edək ki, ölkədə martın 16-dan elan edilən fövqəladə vəziyyət iyunun 13-dək uzadılıb.

Xəbər xətti