TƏBİB: "Sədərək"də 9 nəfərə tibbi yardım göstərilib, 1 nəfər isə xəstəxanaya yerləşdirilib

09:57 - 18 Fevral 2020 - HADİSƏ

"Sədərək" Ticarət Mərkəzində baş verən yanğın zamanı xəsarət alanlar var.

Tibbi Ərazi Bölmələrinin İdarəetmə Birliyindən (TƏBİB) verilən məlumata görə, yanğınla əlaqədar əraziyə 5 tibbi briqada cəlb edilib: "Hadisə nəticəsində 9 nəfərə yerində yardım göstərilib, 1 nəfər travma ilə Kliniki Tibbi Mərkəzə yerləşdirilib".

Xatırladaq ki, bu gün səhər saatlarında "Sədərək" Ticarət Mərkəzinin 1-ci zona, 9-cu sırasında qəfil yanğın baş verib./trend

Xəbər xətti