Serbiya Prezidenti Aleksandr Vuçiç səlahiyyət müddətinin sona yaxınlaşması ilə əlaqədar istefa verə biləcəyini açıqlayıb.
Ucnoqta.az xəbər verir ki, Serbiya liderinin açıqlaması onun Çinə səfəri zamanı verilib.
N1 TV-nin məlumatına görə, prezident, "Ola bilsin tezliklə istefa verim" deyib.
Vuçiç ilk dəfə 2017-ci ildə Serbiyanın prezidenti seçilib. O, 2022-ci ildə ikinci müddətə yenidən seçilib. Onun prezidentlik müddəti 2027-ci ildə başa çatır.