Ermənistan Rusiya ilə "müharibə" etmək niyyətində deyil - Paşinyan

12:00 - 22 May 2026 - DÜNYA

"Ermənistan Rusiya ilə "müharibə" etmək niyyətində deyil"

Ucnoqta.az xəbər verir ki, Ermənistanın Baş naziri Nikol Paşinyan cümə günü keçirilən mətbuat konfransında bildirib.
"Həm Ermənistanda, həm də Rusiyada böhran yaratmaq istəyən kifayət qədər insan var. Lakin, xüsusən də Ermənistanın ölçüsü nəzərə alınmaqla, bu, ciddi olmadığı üçün Rusiya ilə mübahisə etmək və ya "döyüşmək" niyyətimiz yoxdur", - Baş nazir deyib.

O bildirib ki, Rusiya hörmətlə yanaşılmalı olan supergücdür və Ermənistan da buna belə yanaşır.

"Biz həmçinin Rusiyanın maraqlarına hörmətlə yanaşırıq. Ermənistan heç vaxt Rusiya əleyhinə hərəkətlərdə iştirak etməyib, iştirak etmir və iştirak etməyəcək", - Paşinyan əlavə edib.

Xəbər xətti