Məhkəmə Yermakın 3,1 milyon dollarlıq girov məbləğini qüvvədə saxlayıb
Ucnoqta.az xəbər verir ki, Ali Antikorrupsiya Məhkəməsinin (HACC) Apellyasiya Palatası Ukrayna prezidenti Volodimir Zelenskinin keçmiş ofisinin rəhbəri Andrey Yermak üçün 140 milyon qrivna (3,1 milyon dollar) məbləğində alternativ girov məbləği ilə bağlı birinci instansiyanın qərarını dəyişməz saxlayıb.
Belə ki, İxtisaslaşdırılmış Korrupsiyaya Qarşı Mübarizə Prokurorluğunun girov məbləğinin 180 milyon qrivenə (4,1 milyon dollar) artırılması ilə bağlı tələbi rədd edilib.
Qərar apellyasiya palatasının üzvlərindən ibarət kollegiya tərəfindən qəbul edilib.